Şənbə, 04 May

"Rusiya Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır" - Britaniya kəşfiyyatı

image

“Rusiya və separatçı qüvvələr Donbasdakı cəbhə xətti boyunca kiçik miqyaslı hücumlara cəhd etməkdə davam edir. Rusiya qüvvələri, ehtimal ki, Donetskdən 50 km şimal-şərqdə yerləşən Vuhlehirskdakı Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır".

Xəbər verilir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Məlumata görə, Rusiya mühüm obyekt olan elektrik stansiyasını ələ keçirməyə üstünlük verir: “Həmçinin Kramatorsk və Slovyansk kimi mühüm şəhərlərə doğru sürətli irəliləyişi təmin etməkdən ötrü Vuhlehirskin ələ keçirilməsi planlaşdırılır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15